Ötən ay elektrik enerjisi istehsalı artıb, ixrac isə azalıb

14:34 - 13.05.2022


13 may, Fineko/abc.az. 2022-ci ilin aprel ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2046,0 mln. kVt·st təşkil edib.

ABC.AZ xəbər verir ki, bu Energetika Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,1 mln. kVt·st, yaxud 1,2 % artması deməkdir.

Aprel ayında elektrik enerjisinin idxalı 10,0 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1 mln. kVt·st, ixrac isə 11,0 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 36,0 mln. kVt·st azalıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər