BƏƏ prezidenti vəfat etdi - Dünyanın ən varlı adamlarından idi

13.05.2022,15:28


13 may, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyan dünyasını dəyişib.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, 73 yaşlı Xəlifə bin Zayed Al Nəhyan BƏƏ-nin ikinci Prezidenti olub və 2004-cü ilin noyabrın 3-dən ölkənin Prezidenti olaraq fəaliyyət göstərməyə başlayıb.

“Forbes” jurnalının məlumatına görə, Al Nəhyan 15 milyard dollar sərvət ilə dünyanın ən varlı insanlarından biri olub. Onun ailəsinin sərvəti isə 150 milyard dollar olaraq qiymətləndirilir.

Bununla yanaşı, o, “Abu Dhabi Investment Authority” investisiya fondunu idarə edib.