Ərdoğan: İsveç və Finlandiyanın NATO üzvlüyünə müsbət baxmırıq

13.05.2022,16:17


13 may, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzv olmasına müsbət baxmadıqlarını bildirib.

ABC.AZ türk mətbuatına istinadən xəbər veirir ki, Finlandiyanın NATO-ya üzvlüyü son vaxtlar gündəmdə olsa da, prezident Rəcəb Tayyib Ərdoğandan mənfi açıqlama gəlib.

Media mənsublarının suallarını cavablandıran Ərdoğan İsveç və Finlandiyanın NATO üzvlüyünə müsbət baxmadığını qeyd edib.

"İsveç və Finlandiya ilə bağlı baş verənləri izləyirik, amma müsbət münasibətimiz yoxdur. Skandinaviya ölkələri sanki terror təşkilatları üçün qonaq evləri kimidir. Hətta parlamentlərində də yer alırlar. İndiki məqamda bizim üçün mümkün deyil”, - Ərdoğan bildirib.