Fond bank xidmətləri üçün tender keçirir

16:24 - 13.05.2022


13 may, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondunun Aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması üçün açıq tender keçirilir.

Tenderdə iştirak haqqı 300 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 10.06.2022 17:00  tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Zahir Əliyev, telefon: (+99412) 5302903

 

Bütün xəbərlər