Elon Musk botlara görə Twitter müqaviləsini dayandırdı

13.05.2022,16:55


13 may, Fineko/abc.az. Elon Musk Twitter-in 44 milyard dollarlıq satınalma müqaviləsinin dayandırıldığını açıqladı.

ABC.AZ xəbər verir ki, Musk, spam və saxta hesabların ümumi istifadəçilərin 5%-dən az təşkil etdiyini bildirən hesablama ilə bağlı gözlənilən detallar səbəbiylə Twitter hesabında etdiyi sövdələşmənin müvəqqəti dayandırıldığını açıqladı.

Mask daha əvvəl Twitter-də ən mühüm məqsədlərindən birinin botları təmizləmək olduğunu açıqlamışdı.

Əvvəlki razılaşmaya görə, Tesla və SpaceX-in baş direktoru Mask alışdan imtina edərsə, 1 milyard dollar ödəməlidir.

44 milyard dollarlıq sövdələşmənin 21 milyard dolları birbaşa Mask tərəfindən ödəniləcək. Bu səbəbdən Mask təxminən 10 milyard dollarlıq Tela səhmlərini satdı.