RİNN yeni portal - portal.rinn.az istifadəyə verib

17:13 - 13.05.2022


13 may, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətlərini vahid sistem üzərindən əldə etmək məqsədilə yeni portal - portal.rinn.az istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, yeni internet resursunu nazirliyin RİNN-in tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılıb.

Nazirlik müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır. İlkin mərhələdə 6 xidmət ( “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların qeydiyyat tarifi”, “IMEI yoxlama”, “Lokal çıxış (şəhər, rayon, daxili) danışıqlarının statistikası, “Vətəndaşların adına olan mobil nömrələr haqqında məlumat”, həmçinin “Poçt göndərişlərinin izlənilməsi”) portala inteqrasiya edilib, digər 51 xidmətin isə yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulur.

 


Bütün xəbərlər