Neft ucuzlaşır, Brent bir barelə $109,21 təşkil edir

09:20 - 16.05.2022


16 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi baş tutan ticarətdə azalır.

Saat 09: 04-də London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin iyul fyuçersi $2,34 (2,10%) - barrel başına $109,21-ə düşüb. Mayın 13 - də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyul fyuçersi $4,10 (3,82%) - barrel başına $111,55-ə qədər artıb.

Saat 09:04-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersləri $2,20 (1,99%) - barrel başına $108,29-a qədər azalıb. Mayın 13 - də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyun ayı üçün fyuçers qiyməti $4,36 (4,11%) – barrel başına $110,49-a qədər qalxıb.

Ötən həftə Brent markalı neftin qiyməti 0,8%, WTI nefti 0,7% bahalaşıb.


Bütün xəbərlər