"Renault Rusiya" səhmləri meriyaya verilir

10:57 - 16.05.2022


16 may, Fineko/abc.az. Moskva şəhər meriyası "Renault Rusiya" QSC-nin 100% səhmlərinə sahib olacaq. ABC.AZ-ın məlumatına görə, səhmlərin dəyişməsi bununla bitmir.

Belə ki, "Avtovaz" avtokonserninin 67,69% səhmləri isə Avtomobil üzrə Mərkəzi Tədqiqat İnstitutunun (NAMİ) mülkiyyətinə keçəcək. "Renault Russia"nın səhmlərinin Moskva şəhərinə və Avtovazdakı paylarının verilməsini nəzərdə tutur.

Aktivlər aşağıdakı kimi bölüşdürüləcək: "Renault Russia" QSC-nin səhmlərinin 100%-i Moskva şəhərinə məxsus olacaq. Avtovaz avtokonserninin səhmlərinin 67,69%-i NAMI tərəfindən təmsil olunan Rusiya Federasiyasının mülkiyyətinə keçəcək".

Bütün xəbərlər