McDonald's Rusiyanı tərk edir – Biznesini satacaq

14:50 - 16.05.2022


16 may, Fineko/abc.az. McDonald's Rusiyanı tərk etməyi planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, Rusiyada "McDonald's"ın fəaliyyətini həyata keçirən şirkət Rusiyadakı biznesini satmaq prosesinə başlayıb.

Bu barədə "The New York Times"a McDonald's-ın baş direktoru Kris Kempçinski bildirib.

Qeyd edək ki, mart ayında şirkət artıq Rusiyadakı fast food restoranlarını bağlayıb.

Rusiyanı tərk edib biznesini yerli alıcıya satdıqdan sonra McDonald's yeni restoran sahibinə öz loqotipindən, adından və korporativ menyusundan istifadə etməyi qadağan edəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər