Rusiyaya qarşı sanksiyalar MDB-də pul köçürmələri böhranına səbəb olacaq

15:02 - 16.05.2022


16 may, Fineko/abc.az. Sanksiyalar məhdudiyyətləri fonunda Rusiyadan bank köçürmələri ilə bağlı problemlər səbəbindən postsovet ölkələrinin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər.

ABC.AZ-ın məlumatına görə, bu barədə Rusiyanın "Kommersant" qəzeti yazıb.

Məlumata görə, Rusiya iqtisadiyyatının pisləşməsi və MDB ölkələrinin pul köçürmələrindən yüksək asılılığı regionda yoxsulluğu daha da gücləndirə bilər.

Məlumatda deyilir ki, bu ilin sonuna kimi Avropa və Mərkəzi Asiyanın aşağı və orta gəlirli ölkələrinə pul axını 1,6% azalacaq, baxmayaraq ki, keçən il bu rəqəm 7,8% artıb.

Ən çox zərər çəkənlər rəsmi qeydiyyatdan keçmiş bank köçürmələrində 32% azalma ilə üzləşən Qırğızıstan, Tacikistan (22%), Özbəkistan (21%) və Ermənistandır (19%).

 

Bütün xəbərlər