Almaniya Rusiya neftindən imtina edəcək

16.05.2022,16:51


16 may, Fineko/abc.az. Almaniya Avropa İttifaqının sanksiyalarından asılı olmayaraq Rusiya neftindən imtina edəcək.

ABC.AZ-ın məlumatına görə, Bloomberg Almaniya hökumətindəki mənbələrə istinadən xəbər verib.

Aİ neft embarqosu ilə bağlı razılığa gələ bilməsə belə, Almaniya ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmağı planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, hökumət yaxın 6-7 ay ərzində Almaniyaya alternativ neft tədarükü təmin edə və logistika ilə bağlı problemləri həll edə biləcəyinə əmindir.