Qarabağda 22 yaşayış məntəqəsi tikiləcək - Detallar  

11:13 - 17.05.2022


17 may, Fineko/abc.az. Qarabağda 22 yaşayış məntəqəsi salınacaq.

ABC.AZ xəbər verir ki, bununla bağlı layihələndirmə işlərinə start verilib.
Bərpa üçün bu yaşayış məntəqlərinin seçilməsi təsadüfi deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov İTV-yə bildirib ki, həmin yaşayış məntəqələri elə seçilib ki, işğaldan azad olunan ərazilərdə yenidən qurulan və planlaşdırılan nəqliyyat vasitələrinin əsas xətləri və mühəndis kommunikasiyalarına yaxın olsun: "Hər bir kəndin özünəməxsus tarixi xüsusiyyətləri var. Bunlar mütləq nəzərə alınmalıdır".

Bütün xəbərlər