Dörd ay ərzində Azərbaycanda iqtisadi artım bu qədər olub

17.05.2022,14:27


17 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda Avropa İttifaqı və Azərbaycan arasında biznes forum keçirilib.

ABC.AZ-ın məlumatına görə, tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək ölkədəki iqtisadi vəziyyətdən danışıb.

Nazir qeyd edib ki,neft və qaz məhsulları Azərbaycanın əsas ixrac malları olaraq qalıb. Mikayıl Cabbarov vurğulayıb ki, bu ilin ilk dörd ayında ölkənin qeyri-neft ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 40% çox olub.

Onun sözlərinə görə, 4 ay ərzində Azərbaycanda iqtisadi artım 7,2% olub.