Azəralüminium tender keçirtdi - İsveçrə və Sinqapur şirkətləri qalib oldu

14:31 - 17.05.2022


17 may, Fineko/abc.az. “Azəralüminium” MMC "100 000 ton Gil-torpaq (Al2O3) Satınalınması" üzrə tenderi başa vurub.

ABC.AZ xəbər verir ki, tenderdə 2 şirkət qalib gəlib.

Sözügedən şirkətlər "Silk Road Commodities SA" (İsveçrə) və "Trafigura Pte Ltd"dir (Sinqapur). “Azəralüminium” "Silk Road Commodities SA" şirkətilə 44 milyon 694 min 455 manat məbləğində, "Trafigura Pte Ltd" ilə 45 milyon 684 min 353 manat məbləğində müqavilələr imzalayıb (cəmi 90 milyon 378 min 807 manat).

 

Bütün xəbərlər