Şabran rayonunun içməli su problemi həll ediləcək

15:20 - 17.05.2022


17 may, Fineko/abc.az. “Azərsu” ASC Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma yaşayış məntəqələrini əhatə edən 3000-dən çox sakinin içməli su problemini həll edəcək.

ABC.AZ xəbər verir ki, layihəyə əsasən kəndlərə içməli su Şollar-Bakı su kəmərindən veriləcək. Suyun optimal paylanmasını təmin etmək üçün kəndlərdə  hər birinin tutumu 100-300 kubmetr olan 5 ədəd su anbarı tikilr.

Layihə çərçivəsində 9 kəndin hər birində mərkəzləşdirilimiş şəbəkə yaradılır və bu məqsədlə 38 km xəttin inşası planlaşdırılıb.

Eyni zamanda, kəndlərdə 965 evə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq.

 

Bütün xəbərlər