Ağdam Sənaye Parkına 50 milyon manatdan çox investisiya yatırılacaq

15:41 - 17.05.2022


17 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkına 50 milyon manatdan çox investisiya yatırılacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

O, bu barədə Bakıda keçirilən Avropa İttifaqı -Azərbaycan biznes forumunda danışıb.

"Parkda yaradılacaq yeni iş yerlərinin sayı 1 000-dən çox olacaq. İndiyə qədər 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunun 4-ü son bir ayın payına düşüb. Rezidentlər tam şəkildə lazımi infrastrukturla təmin ediləcək, bundan sonra onlar istehsal müəssisələrinin inşasına başlayacaqlar", - deyə nazirlik rəsmisi qeyd edib.

Bütün xəbərlər