Bu ölkələr Rusiyanın avtomobil sənayesi üçün təchizatçı ola bilərlər

16:46 - 17.05.2022


17 may, Fineko/abc.az. Çin, Türkiyə və İran şirkətləri Rusiya avtomobil sənayesi üçün alternativ təchizatçı ola bilərlər.

ABC.AZ xəbər verir ki, bunu Rusiyanın Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmir yolu maşınqayırması departamentinin direktoru Denis Pak bildirib.

“Bizim avtomobilimiz bir neçə min komponentdən ibarətdir və tədarükçülər müxtəlif ölkələrdə yerləşir. Təbii ki, hər hansı logistik problem yaranarsa və ya təchizatçı lazımı komponentləri təmin edə bilmədiyi və ya ondan imtina etdiyi halda bu komponentlərin təmin edilməsi üçün digər ölkələrə müraciət ediləcək. Məsələn, biz Çin, Türkiyə, İran və ölkəmizə qarşı sanksiyalar tətbiq etməyən digər ölkələrdə yerləşən Asiya tədarükçülərini nəzərdən keçiririk”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya avtomobil sənayesi Qərbin sanksiyaları, təchizat zəncirlərinin pozulması və milli valyutanın dəyişkənliyi fonunda böyük istehsal problemləri ilə üzləşib.

Bütün xəbərlər