Mərkəzi Bank sığorta xidmətlərinə böyük pullar xərcləyib - Hesabat

17:11 - 17.05.2022


17 may, Fineko/abc.az. 2021-ci ildə Mərkəzi Bankı sığorta xidmətlərinə 1 milyon 260 min manat xərcləyib.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında qeyd edilib.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 12,5 dəfə çoxdur.

Mərkəzi Bankın sığorta xərclərinin 428 min manatı icbari tibbi sığorta üzrə ayırmalardır və ilk dəfə ötən il nəzərdə tutulub.

Xərclərin qalan 832 min manatı isə ənənəvi sığorta üzrə ayırmalardır. Bu isə əvvəlki ilə nisbətən 8,3 dəfə çoxdur.

Bütün xəbərlər