Azərbaycanda 4 ayda sement istehsalı artıb - 9 faizdən çox böyümə var

11:58 - 18.05.2022


18 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1 milyon 50,2 min ton sement istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sement istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9% artıb.

01.05.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 111,7 min ton təşkil edib.

Bütün xəbərlər