Britaniyada inflyasiya artıb - 9 faizi keçib

12:28 - 18.05.2022


18 may, Fineko/abc.az. Aprel ayında Böyük Britaniyada istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, artım iqtisadçıların proqnozu ilə üst-üstə düşüb.

Belə ki, onların proqnozu 9,1 faiz olacağı istiqamətində idi.

Müqayisə üçün qeyd edək ki, mart ayında ölkədə illik inflyasiya 7 faiz təşkil etmişdi.

Aprel ayında istehlak qiymətlərindəki artım son 40 ilin ən yüksək artımı olaraq qeydə alınıb.

Apreldə ölkədə aylıq inflyasiya 2,5 faiz təşkil edib. Bu məlumat üçün gözlənti 2,5% idi.

Bütün xəbərlər