Dövlətə məxsus əmlaklar bu tarixdə hərraca çıxarılacaq - Özəlləşdiriləcək

18.05.2022,14:45


18 may, Fineko/abc.az. İyunun 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, hərraca 32 dövlət əmlakı - 16 kiçik dövlət müəssisəsi və obyekti, bir yarımçıq tikili, 15 nəqliyyat vasitəsi çıxarılacaq. Kiçik dövlət müəssisəsi və obyektləri arasında mağaza, kərpic sexi, yardımçı təsərrüfat var. Kiçik dövlət müəssisəsi və obyektlərin əksəriyyətini torpaq sahələri ilə birgə özəlləşdirmək mümkündür. Əmlakların ümumi faydalı sahəsi 12-1 941 kvadratmetr arasında dəyişir.

Nəqliyyat vasitələrinin ilkin start qiyməti 1 000 - 15 000 manat, istehsal tarixləri isə 1997-2012-ci illər arasında dəyişir.