Azərbaycanda ən çox əməkhaqqı verilən rayonlar – Siyahı

18.05.2022,14:55


18 may, Fineko/abc.az. 1 aprel 2022-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqılarının 809 manata çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin statistik göstəricilərində öz əksini tapıb.

Qeyf edilib ki, həmişəki kimi orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır.

Belə ki, paytaxta bu göstərici 1040.9 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Daşkəsəndir. Burda orta aylıq əməkhaqqı 799.9 manatdır. Gədəbəy 723.8 manat olmaqla 3-cü yerdədir, 4-cü yerdə isə 707.4 manat olmaqla Sumqayıt, 5-ci yerdə isə 665 manat olmaqla Şirvan şəhəridir.

Müəllif: Elmir Murad