Taksilərlə gediş azalıb, avtobuslarla artıb - Müqayisəli hesabat

15:18 - 18.05.2022


18 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 420.2 mln. sərnişin daşınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

Hesabata əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,4% artım qeydə alınıb.

Sərnişinlərin 94.8%-i avtobus, 5.2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 19.1% artıb.

Hesabata əsasən, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 63.5 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 463.7 min və ya 2.6 dəfə çox sərnişin daşınıb.

Bildirilir ki, daşımaların 99.8%-i dövlət, 0.2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Qeyd edək ki, ötən illə müqayisədə avtobus sərnişinlərinin sayı 21.9% artıb, taksidən istifadə edənlərin sayı isə 22.9% azalıb.

Bütün xəbərlər