Son 4 ayda Azərbaycanda avtomobil istehsalı artıb

16:17 - 18.05.2022


18 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 710 ədəd minik avtomobili istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə avtomobil istehsalı 39,8% artıb.

Yanvarda 102 avtomobil, fevralda – 3 avtomobil, martda – 334 avtomobil, apreldfə - 271 avtomobil istehsal olunub. Beləliklə də 1 may 2022-ci il tarixinə anbarlarda 673 ədəd minik avtomobili olub.

Bütün xəbərlər