Neft bahalaşır, Brent barrel başına $110,38 təşkil edir

19.05.2022,09:35


19 may, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri ötən gün düşdükdən sonra cümə axşamı keçirilən ticarətdə artır.

Federal Ehtiyat Sistemin (FES) pul-kredit siyasətinin sürətlə sərtləşməsi nəticəsində ABŞ - da mümkün resessiyanın baş verəcəyindən ehtiyatlananlar neft bazarında tənəzzülə səbəb olub.

London ICE Futures birjasında keçirilən ticarətdə iyul Brent neft fyuçersləri saat 09:21 üçün 1,27 (1,16%) - barrel başına $110,38-ə qədər bahalaşıb. May ayının 18 - də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyul fyuçers qiyməti $2,82 (2,52%) - barrel başına $109,11-ə düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) WTI–nin iyun fyuçersləri saat 09:19 - da $0,42 (0,38%) – barrel başına $110,01-ə qədər artıb. Mayın 18 - də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyun fyuçerslərinin qiyməti $2,81 (2,50%) - barrel başına $109,59-a düşüb.