Azərbaycanda ilk dəfə çiyələk festivalı keçiriləcək

19.05.2022,10:32


19 may, Fineko/abc.az. 2021-ci ildə Cəlilabadda 490 hektar sahədən 12440 ton çiyələk istehsal edilib. məhsulun 4018 tonunun ixrac olunub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Cəlilabad Rayon icra hakimiyyətində keçirilmiş iclasda bildirilib.

Qeyd edilib ki, ixrac olunmuş məhsuldan dövlətə 7 144 000 ABŞ dolları dəyərində vəsait daxil olub. Cari ildə 607 hektar çiyələk sahəsindən istehsal olunmuş məhsulun 5000 tonunun ixrac olunması nəzərdə tutulub. Çiyələk istehsalının 20000 tona çatdırılması planlaşdırılıb.

Bununla yanaşı 29 may 2022-ci il tarixdə saat 11:00-da Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında keçiriləcək festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş olunacaq.

Eyni zamanda tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun tanınmış restoranları ilə tanışlıq, yerli yeməklərin dadına baxma, əyləncə proqramı, VKV veteranları ilə görüş, aşbazların ustad dərsləri və ənənə halına çevrilən çiyələk məhsulları təqdim olunacaq.