Azərbaycan qazının ixrac dəyəri 4 milyard dollardan çox olub - Artım var

19.05.2022,11:09


19 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanın ötən il ixracının 35,34%-ini qaz təşkil edib.

ABC.AZ xəbər verir ki, Azərbaycan qazının ixrac dəyəri $4 milyard 178 milyon 230,05 min (artım 3,7 dəfə) təşkil edib.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr qaz ixrac edib.

Daha əvvəl TAP AG şirkəti bildirmişdi ki, 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək TAP qaz kəməri ilə Avropaya 8,2 milyard kubmetr Azərbaycan qazı ixrac edilib.

Bu həcmin 6,8 milyard kubmetrdən çoxu İtaliyaya, qalanı isə Yunanıstana və Bolqarıstana tədarük edilib.

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.