Bu Fondun xərcləri artıb - 6 faiz çoxalma var

19.05.2022,11:54


19 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1 milyard 767 milyon manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Fonddan bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 101 milyon manat və yaxud 6% çoxdur.

"DSMF-nin xərclərinin artmasının əsasında pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə ödənişlərin mütəmadi artımı, sosial təminat sisteminin əhatə dairəsinin mütəmadi genişlənməsi dayanır", - deyə qurum bəyan edib.