Kriptovalyuta bazarına dövlət nəzarət edəcək?

19.05.2022,14:36


19 may, Fineko/abc.az. Kriptovalyuta bazarında qeyri-stabil vəziyyət dövlətin bu sahəyə diqqətinin artırılmasına zərurət yaradır.

ABC.AZ xəbər verir ki, bu barədə APA-ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, qeyd olunan sahə innovativ olsa da, vətəndaşların sosial mövqeyi tərəfindən olduqca riskli hesab olunur.

“Düşünürəm bu məsələyə dair daha çox araşdırmaya ehtiyac var. Baş verən qiymət oynaması, “Bitcoin”in qiymətini sürətlə enməsini görürsünüz. Hətta 80 ABŞ dollarına satılan bəzi kriptovalyutaların qiyməti sıfırlanıb. Kifayət qədər pul itirənlər var”, - deyə Tahir Mirkişili qeyd edib.