Britaniya hökuməti 3 rus aviaşirkətinə sanksiya tətbiq etdi

14:50 - 19.05.2022


19 may, Fineko/abc.az. Böyük Britaniya hökuməti Rusiyanın "Aeroflot", "Rossiya" və Ural Hava Yollarına qarşı sanksiyalar tətbiq edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, indi bu şirkətlər İngiltərə hava limanlarında istifadə olunmayan yerlərini sata bilməyəcək.

Bundan əlavə, Britaniya hökumətinin saytında yer alan sənədə əsasən, onların aktivləri dondurulacaq.

“Biz Rusiya iqtisadiyyatına hücum etməyə davam edəcəyik. Artıq hava məkanımızı Rusiya aviaşirkətlərinin üzünə bağlamışıq. Bu gün biz əmin olacağıq ki, onlar bizim hava limanlarında öz sərfəli yerlərini nağdlaşdıra bilməyəcəklər”, - Xarici İşlər Naziri Liz Truss açıqlamasında bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər