Azərbaycanda gömrük prosedurları sadələşdiriləcək

11:51 - 15.05.2018


15 may, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) gömrük qanunvericiliyində dəyişikliklərin edilməsini bildirib.

Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev  bildirib ki, təkliflər paketi artıq  hazırlanıb.

“Təkliflər paketində gömrük prosedurlarının sadələşdirilməsi, o cümlədən, ölkəni avtomobillə tərk edən vətəndaşların iki ildən gec olmayaraq geri qayıtması ilə əlaqədar qoyulan qaydadır ki, təkliflər paketində bu qaydanın ləğvi ilə bağlı müraciət var. Daha sonra idxal-ixrac əməliyyatları, ticarətin sadələşdirilməsi, gömrük sərhədindən sürətli keçidin təmini ilə bağlı dəyişikliklərin daxil edilməsi planlaşdırılır”, - İ.Babayev belə deyib.

Onun sözlərinə görə, təkliflər paketi  yaxın zamanda Nazirlər Kabinetinə təqdim ediləcək.

 

Bütün xəbərlər