Zəngilandakı ağıllı kənd hazırdır - Sakinlər il ərzində ora köçürüləcək

19.05.2022,16:30


19 may, Fineko/abc.az. "Bu ərazilərin bərpası olduqca ciddi vaxt tələb edir. Bildiyimiz kimi, 9 şəhər, az qala, tamamilə yer üzündən silinib”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O, artıq ilk "ağıllı kənd"in hazır olduğunu vurğulayıb:

"İlk "ağıllı kənd", demək olar ki, Zəngilanda hazırdır. Sakinlər il ərzində ora köçürüləcək. Məsələ yalnız bu ərazilərə qayıdışdan ibarət deyil. Əsas məsələ bu ərazilərdə yaşayışı bərpa eləməkdir. Yaşam tərzini bərpa etmək üçün sosial infrastruktura ehtiyac var. Bu 30 il ərzində bütün dünya yeniliyə doğru dəyişib, bu ərazilər bundan sonra o 30 illik geriliyi aradan qaldırmalı, dünya ilə ayaqlaşmalıdır. Bu çox ağır və zaman alan prosesdir".