Dünyanın ən bahalı avtomobili Almaniyada satıldı

10:05 - 20.05.2022


20 may, Fineko/abc.az. 1955-ci ilin “Mercedes-Benz 300 SLR” modeli Almaniyada keçirilən hərracda rekord qiymətə satılıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən avtomobil Ştutqartdakı “Mercedes-Benz” muzeyində keçirilmiş hərracda 135 milyon avroya satılıb.

Nadir avtomobilə edilən təklif 2018-ci ildə 48,4 milyon dollara satılan “Ferrari” avtomobilinin 1962-ci ildə istehsal olunan “250 GTO” modelinə edilən təklifdən 90 milyon avro çoxdur.

Bütün xəbərlər