Azərbaycana gətirilən bu avtomobillərin həcmi artıb

11:06 - 20.05.2022


20 may, Fineko/abc.az. Azərbaycana xaricdən idxal edilən dizel mühərrikli minik avtomobillərin həcmi artıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən avtomobillərin idxal həcmi 30% artıb.

Belə ki, 2022-ci ilin birinci rübündə Azərbaycan xaricdən 4 919 ədəd dizel ilə işləyən minik avtomobil idxal edib. Bunların idxal dəyəri 26.87 mln. dollar olub.

İllik müqayisədə mühərrik həcmi 1 500 sm-kuba qədər olanların sayı 4% azalaraq 1 607 ədədə ( idxal dəyəri 5.76 mln. dollar), mühərrikinin həcmi 1500-2500 kub sm olanların sayı 59.4% artaraq  3213 ədəd ( 29.43 mln. dollar), mühərrikinin həcmi 2500 kub sm-dən çox olanların sayı isə 14% artaraq 99 ədəd (4.4 mln. dollar) olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər