Ən yüksək pensiya Bakıdadır - İkinci yerdə Zəngilan gəlir

20.05.2022,12:10


20 may, Fineko/abc.az. Bu ilin aprel ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 177 min 419 nəfər pensiyaçı olub.

ABC.AZ rəsmi statistikaya əsasən bildirir ki, pensiyaçılara verilən orta aylıq pensiya məbləği 364 manat 35 qəpik olub.

Beləliklə ölkə üzrə ən çox pensiya verilən şəhər Bakıdır. Paytaxt Bakıda orta aylıq pensiya məbləği 483 manat 87 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Zəngilanda verilib.

Bu rayonda orta aylıq pensiya məbləği 345 manat 33 qəpik olub. Pensiyaların yüksək olmasına görə, növbəti yerlərdə Naxçıvan (334.27 manat), Şuşa (325.29 manat), Siyəzən (317.50 manat), Füzuli (316.44 manat) ilk sırada yer alıblar.

Müəllif: Elmir Murad