Şuşada və Füzulidə tədris müəssisəsi tikiləcək – Prezident pul ayırdı

14:40 - 20.05.2022


20 may, Fineko/abc.az. Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncamla Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Prezident "Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" da sərəncam imzalayıb.

Sərəncamla Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə  Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Bütün xəbərlər