Rusiya daha bir Avropa ölkəsinin qazını kəsəcək

15:33 - 20.05.2022


20 may, Fineko/abc.az. Rusiya şənbə günü səhər saatlarından etibarən Finlandiyaya verdiyi qazı kəsəcək.

ABC.AZ-ın məlumatına görə, bu barədə Finlandiyanın təbii qaz idxal şirkəti "Gasum"dan bildirilib.

Məlumatda qeyd edilib ki, Finlandiya idxal etdiyi yanacağın pulunu rublla ödəməkdən imtina etdikdən sonra Rusiya artıq üçüncü ölkədir ki, onlara qaz verilişini dayandırır.

Polşa və Bolqarıstana qaz nəqli əvvəllər eyni səbəbdən kəsilmişdi. Ekspertlər hesab edir ki, kəsilmiş qazın tədarük həcmi Finlandiyanın enerji ehtiyacının 5 faizinə uyğundur, ona görə də onun ölkə iqtisadiyyatına təsiri məhdud olacaq.

Rusiyadan gətirilən qazdan isitmə üçün istifadə edən bir çox Avropa ölkələrindən fərqli olaraq, Finlandiya ondan yalnız fabriklərdə istifadə edir.

 

Bütün xəbərlər