Almaniya Rusiyaya ixracı kəskin azaldıb - 63 faizdən çox kiçilmə var

20.05.2022,16:11


20 may, Fineko/abc.az. Ukraynadakı vəziyyətə görə tətbiq edilən sanksiyalar çərçivəsində Almaniyanın Rusiyaya ixracı bu ilin aprel ayında 0,9 milyard avroya düşüb.

ABC.AZ-ın məlumatına görə, bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 63,1% azalma deməkdir. Bu barədə məlumatı Rusiya Federal Statistika Xidməti açıqlayıb.

Qeyd edilib ki, 2022-ci ilin aprel ayında Rusiya Almaniyanın Avropa İttifaqından kənarda ticarət tərəfdaşları arasında 14-cü yeri tutub.

Müqayisə üçün qeyd edək ki, Almaniyanın ixracı aprel ayında mart ayı ilə müqayisədə başqa ölkələrə 4,1% artaraq 56,2 milyard avro təşkil edib.

Bu ilin aprel ayında Almaniyanın ən mühüm ticarət tərəfdaşı ABŞ olub. Almaniya ABŞ-a 12 milyard avro dəyərində mallar ixrac edib. Almaniya ikinci ən çox ixracı Çin (8,3 milyard avro) və Böyük Britaniya (5,4 milyard avro) həyata keçirib.

Müəllif: Elmir Murad