Prezident onu yeni Mərkəzə sədr təyin etdi - Sərəncam

16:45 - 20.05.2022


20 may, Fineko/abc.az. “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Gündüz Kərimov – Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi

Müşahidə Şurasının üzvləri

Şahin Əliyev – Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

Humay Əfəndiyeva – Konstitusiya Məhkəməsinin hakimi

Xalid Qasımlı – Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri

Fərid Hacıyev – Milli Məclisi Aparatının rəhbəri


Bütün xəbərlər