Neft bahalaşır, Brent nefti barrel başına $113,43 təşkil edir

09:31 - 23.05.2022


23 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi keçirilən ticarətdə artır.

London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin iyul fyuçersləri saat 09:22-də $0,88 (0,78%) - barrel başına $113,43-ə qədər bahalaşıb. Mayın 20 - də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyul fyuçerslərinin qiyməti $0,51 (0,46%) - barrel başına $112,55-dək artıb.

Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyul fyuçersləri saat 09:22-də $0,63 (0,57%) - barrel başına $110,91-ə qədər artıb. Mayın 20 - də baş tutan hərracların nəticələrinə görə, WTI-nin iyul fyuçerslərinin qiyməti $0,39 (0,36%) – barrel başına $110,28-dək artıb.

Ötən həftə Brent markalı neft 0,9%, WTI - 0,2% bahalaşıb.


Bütün xəbərlər