İtaliya Azərbaycandan ən çox neft alan ölkədir

23.05.2022,14:18


23 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan İtaliyaya 3 041 983,26 min ABŞ dolları dəyərində 4 373 725,39 ton neft ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Hesabata əsasən, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 539 175,9 min dollar dəyərində 790 540,03 ton neft ixrac edib. Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Portuqaliya tutur.

Yanvar-aprel ayında bu ölkəyə 400 522,39 min dollar dəyərində 573 651,07 ton neft ixrac edilib.

Müəllif: Elmir Murad