“Azmikroinvest” MMC BOKT-un direktoru vəzifəsindən getdi

15:19 - 23.05.2022


23 may, Fineko/abc.az. “Azmikroinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru dəyişib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Mansur Talıblı vəzifəsindən azad edilib.

BOKT-a rəhbərlik Ağca Talıbovaya həvalə olunub.

Qeyd edək ki, o əvvəllər marketinq sahəsində çalışıb.

Bütün xəbərlər