Bakıdan Çernoqoriyanın bu şəhərinə uçuşlar həyata keçiriləcək

15:45 - 23.05.2022


23 may, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” aviaşirkəti  Çernoqoriyaya çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq.

“Azərbaycan Hava Yolları"dan ABC.AZ-a verilən məlumata görə, 2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Çernoqoriyaya çarter proqramının bərpası barədə razılığa gəlinib.

Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı - Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.

 

Bütün xəbərlər