“YouTube" 9 min kanalı sildi - Səbəblər

17:07 - 23.05.2022


23 may, Fineko/abc.az. YouTube” videohostinqi Ukraynadakı müharibə ilə bağlı saxta xəbərlər yayan 70 mindən çox video və 9 min kanalı silib.

ABC.AZ xəbər verir ki, materiallar platformanın qaydalarını pozduğu üçün silinib.

Videoservisin məhsul üzrə direktoru Neil Mohan bəyan edib ki, platforma belə nüanslara yol verən kanallara qarşı daim belə mövqedə olub.

"Platformanın əsas məsuliyyəti Ukraynadakı müharibə haqqında məlumat axtaran insanların dəqiq, keyfiyyətli və həqiqətə uyğun məlumat əldə etmələrini təmin etməkdir" deyə N.Mohan bəyan edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər