İşsizlər icbari tibbi sığortadan yararlana bilərmi?

10:52 - 24.05.2022


24 may, Fineko/abc.az. Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, icbari tibbi sığorta haqqı ödəməyən şəxslər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər.

Məlumat üçün bildirək ki, ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər