Vaxtı keçmiş kreditlərin həcmi azalıb ya artıb?

12:06 - 24.05.2022


24 may, Fineko/abc.az. Azərbaycanda banklarında vaxtı keçmiş kreditlərin səviyyəsi cüzi azalaraq 3.68%-ə düşüb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankının 2022-ci ilin yanvar-aprel ayları üzrə icmal göstəricilərində qeyd edilib.

1 may 2022-ci il tarixinə olan göstəriciyə görə, Azərbaycanda 18 milyard 320milyon manatlıq ümumi kredit qoyuluşunun cəmi 674.8 mln. manatı vaxtı keçmiş kreditlər təşkil edir. Vaxtı keçmiş kreditlərin həcmi son ayda 1.5%, 26.8% azalıb.

Qeyd edək ki, ilin əvvəli vaxtı keçmiş kreditlərin payı ümumi kreditlərdə 4.2%, ötən ilin eyni dövründə isə 6.15% təşkil edirdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər