Nağdsız əməliyyatların həcmi 2.3 dəfə artıb

12:32 - 24.05.2022


24 may, Fineko/abc.az. Aprel ayında ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə artıb.

ABC.AZ xəbər verir ki, 2022-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 659 milyon manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 270  milyon manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 387 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib.

Aprel ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili əməliyyatların 41.1%-ni təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər