Azərbaycan bankları valyuta hərracında tələbi 41% azaldıb

12:36 - 24.05.2022


24 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 24-də keçirilən valyuta hərracında $29,1 mln satılıb ki, bu da ötən hərracda olduğundan $20,1 mln (40,85%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $29,1 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Bütün xəbərlər