Peşə məktəbində təhsil alanlara da təqaüd veriləcək - Prezident təsdiq etdi

24.05.2022,15:46


24 may, Fineko/abc.az. Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

ABC.AZ xəbər verir ki, dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.

Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.

Qanunun 10.11-ci bəndinin əvvəlki variantı isə belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".