Sığorta sahəsində bu göstərici üzrə azalma var

24.05.2022,17:06


24 may, Fineko/abc.az. Yanvar-aprel ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 93 milyon 417,5 min manat yönəldiblər.

ABC.AZ xəbər verir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə azdır.

Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 62 milyon 350,6 min manat (azalma 2,1 dəfə) və ya bazar üzrə bütün ödənişlərin 66,7%-ni təşkil edib.

Həyat sığortası üzrə ödənişlər 30 milyon 276,2 min manat (azalma 3,3 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 32 milyon 74,4 min manat (artım 11,4%) məbləğində olub.

Yanvar-aprel aylarında icbari sığorta növləri üzrə ödənişlər 31 milyon 66,9 min manat (azalma 38,4%) təşkil edib.